AGENTLİK HAQQINDA


Azəri-Press Agentliyi (APA) Məhdud Məsuliyyətli Cəmiyyəti 2004-cü ildə yaradılıb, müstəqil, özəl və beynəlxalq arenada tanınmış informasiya agentliyidir.

Agentlik dünyada baş verən önəmli hadisələrlə yanaşı, əsasən, Azərbaycan və Cənubi Qafqazı əhatə edir, “on-line” xəbər xidməti göstərir.

Şirkətin tərkibində APA-News, APA-Economics, APA-Sport, APA-Photo bölmələri fəaliyyət göstərir. Agentlik abunəçilərinə gündəlik xəbərlərlə yanaşı, video görüntülər, bank renkinqləri, həftəlik və aylıq təhlillər, proqnozlar, xüsusi fotobank təqdim edir.

Şirkət ABŞ, Türkiyə, Fransa, Rumıniya, Rusiya, Gürcüstan və dünyanın digər aparıcı ölkələrində nümayəndəliklərini açıb.

Agentlik xəbərlərini Azərbaycan, rus, ingilis, fransız,erməni və ərəb dillərində yayımlayır.

Nüfuzlu araşdırma mərkəzlərinin, diplomatik korpusun sifarişi əsasında şirkətin tanınmış politoloq və mütəxəssislərdən ibarət ekspertlər qrupu tərəfindən təhlillər hazırlanır, monitorinqlər keçirilir.

Artıq beynəlxalq arenada tanınan və dünyanın aparıcı KİV-inin istinad mənbəyi olan APA regionun ən böyük, etimad qazanmış media şirkətləri sırasındadır.

Beynəlxalq reytinq cədvəllərinin statistikasına görə, APA Azərbaycanın ən çox istinad edilən və oxunan informasiya agentliyidir.