Konqoda Ebola virusundan ölənlərin sayı 4 nəfərə çatıb

Konqoda Ebola virusundan ölənlərin sayı 4 nəfərə çatıb
# 22 fevral 2021 03:16 (UTC +04:00)

Fevral ayında Konqoda Ebola virusuna yoluxanlardan 4 nəfər dünyasını dəyişib.

APA “France-Press”ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Yevgeni Naznzu Salitaya bildirib.

Nazir qeyd edib ki, bu günə qədər ölkənin Kivi ərazisində Ebola virusuna 6 nəfər yoluxub. Onlardan 4 nəfəri ölüb. Son ölüm hadisəsi fevralın 20-də qeydə alınıb.

Qeyd edək ki, bu il ölkədə Ebolaya yoluxma hadisəsi ilk dəfə fevralın 1-də Şimali Kivu əyalətinin Butembo şəhərində aşkar edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR