Nigerdə seçki günü MSK-ya məxsus maşın minaya düşüb, 7 nəfər ölüb

Nigerdə seçki günü MSK-ya məxsus maşın minaya düşüb, 7 nəfər ölüb
# 22 fevral 2021 05:12 (UTC +04:00)

Nigerdə Prezident seçkilərinin ikinci turunun keçirildiyi gün – fevarın 21-də Mərkəzi Seçki Komissiyasına (MSK) məxsus avtomobil minaya düşüb.

APA Reuters-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 7 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Yerli hökumət rəsmiləri hadisəni təsdiqləsələr də təfərrüatlar barədə açıqlama verməyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR