Qahirədə yaşayış binası çöküb, ölənlər var

Qahirədə yaşayış binası çöküb, ölənlər var
# 27 mart 2021 10:13 (UTC +04:00)

Misirin paytaxtı Qahirə şəhərində 10 mərtəbəli yaşayış binası çöküb, ölənlər var.

APA-nın "Al-Ahram" qəzetinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində ən az 3 nəfər ölüb, 23 nəfər xəsarət alıb.

Hadisə bu gün səhər saatlarında baş verib.

Dağıntılar altında qalanlarla bağlı axtarış-xilasetmə işləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR