Zimbabvedə hərbi helikopter qəzaya uğrayıb, ölənlər var

Zimbabvedə hərbi helikopter qəzaya uğrayıb, ölənlər var
# 24 aprel 2021 05:19 (UTC +04:00)

Zimbabvenin Şərqi Maşonalend əyalətində ölkənin Hərbi Hava Qüvvələrinə məxsus helikopterin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb.

APA “iHarare” portalına istinadən xəbər verir ki, bu barədə ölkənin Hərbi Hava Qüvvələri məlumat yayıb.

“Helikopter bir evə çırpılıb və təəssüf ki, nəticədə iki pilot və bir texnik, eyni zamanda yerdə bir uşaq dünyasını dəyişib, başqa bir qız və anası yanıq xəsarəti ilə Parirenyatva adına xəstəxanasına aparılıb”, - məlumatda belə deyilir.

Hadisənin səbəbi hələ müəyyənləşdirilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR