ABŞ-da gecə klubunda atışma olub, yaralılar var

ABŞ-da gecə klubunda atışma olub, yaralılar var
# 04 aprel 2021 03:08 (UTC +04:00)

ABŞ-ın Alabama ştatının Taskalusa şəhərində baş vermiş silahlı insident zamanı azı beş nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə “CNN” telekanalı yerli polisə istinadən məlumat yayıb.

Məlumata görə, atışma gecə klubunun girişində baş verib. Yaralıların hamısı xəstəxanaya yerləşdirilib.

Telekanal insidentə görə polisin bir neçə şübhəlini saxladığını bildirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR