ABŞ-ın qərbindəki meşə yanğınları zamanı ölənlərin sayı 33-ə çatıb

ABŞ-ın qərbindəki meşə yanğınları zamanı ölənlərin sayı 33-ə çatıb
# 14 sentyabr 2020 00:59 (UTC +04:00)

ABŞ-ın qərbində tüğyan edən meşə yanğınları qurbanlarının sayı 33-ə çatıb.

APA xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Ən çətin vəziyyət Oreqon və Kaliforniya ştatlarındadır, burada yanğınlar nəticəsində müvafiq olaraq 10 və 22 nəfər ölüb. Daha bir nəfər isə Vaşinqton ştatında yanğının qurbanı olub.

Milli Yanğın Mərkəzinin verdiyi məlumata görə, ümumilikdə ABŞ-ın qərb ştatlarında 94 meşə yanğını qeydə alınıb. Onların ümumi sahəsi təqribən 1,9 milyon hektardır. Yanğının söndürülməsinə 30 mindən çox yanğınsöndürən cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR