Bayden hər iki həftədə bir dəfə COVID-19 testindən keçir

Bayden hər iki həftədə bir dəfə COVID-19 testindən keçir
# 02 aprel 2021 01:37 (UTC +04:00)

ABŞ prezidenti Co Baydendən hər iki həftədə bir dəfə koronavirus testi götürülür. Onun sonuncu COVID-19 testi də neqativ nəticələnib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Cen Psaki brifinqdə bildirib.

“Səmimiliklə bağlı vədimizə sadiq qalaraq bildirmək istəyirəm ki, bu həftə prezident COVID-19 üçün test verib, onda koronavirus aşkar edilməyib” – Psaki belə deyib.

Onun sözlərinə görə, prezident hər iki həftədə bir dəfə koronavirus testindən keçir.

Qeyd edək ki, C.Bayden dekabr və yanvar aylarında hər iki doza koronavirus peyvəndini qəbul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR