Braziliyada COVID-19-dan ölənlərin 330 mini ötüb

Braziliyada COVID-19-dan ölənlərin 330 mini ötüb
# 04 aprel 2021 05:34 (UTC +04:00)

Braziliyada son sutka ərzində daha 43 515 nəfərin koronavirus infeksiyasına yoluxması, 1987 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 12 953 597 nəfər yoluxub. Bu müddət ərzində 330 193 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 11 305 746 xəstə müalicə olunaraq sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR