Kolumbiyada 5,1 bal gücündə zəlzələ baş verib

Kolumbiyada 5,1 bal gücündə zəlzələ baş verib
# 03 aprel 2021 08:22 (UTC +04:00)

Kolumbiyanın qərbində 5.1 bal gücündə zəlzələ qeydə alınıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Mərkəzi məlumat yayıb.

Qeyd edilib ki, zəlzələ yerli vaxtla 17:44-də, təxminən 29 min insanın yaşadığı Riosusio bölgəsində baş verib.

Yeraltı təkanın 30 km-dək dərinlikdə olub. İtki və dağıntı barədə məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR