Meksikada gecə klubuna edilmiş basqın nəticəsində 11 nəfər ölüb

Meksikada gecə klubuna edilmiş basqın nəticəsində 11 nəfər ölüb
# 28 sentyabr 2020 03:19 (UTC +04:00)

Meksikanın mərkəzində baş verən silahlı hücum nəticəsində azı 11 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə yerli “Milenio” qəzeti məlumat verib.

Məlumata görə, hadisə Xaral-del-Proqreso bələdiyyəsində baş verib. Altı nəfərlik bir qrup gecə klubuna hücum edib və nəticədə dörd qadın, yeddi kişi öldürülüb.

Hadisə ilə əlaqədar istintaq araşdırmalarına başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR