Azərbaycan Rusiyadan quş əti idxal edən ölkələrin ilk beşliyinə daxil olub

Azərbaycan Rusiyadan quş əti idxal edən ölkələrin ilk beşliyinə daxil olub
# 28 oktyabr 2020 17:36 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarının yekunlarına görə, Azərbaycan Rusiyadan quş əti idxal edən ölkələrin ilk beşliyinə daxil olub.

"APA-Economics"in məlumatına görə, bu barədə Avrasiya İqtisadi Birliyinin açıqlamasında deyilir.

Belə ki, göstərilən dövr ərzində Rusiyadan Çinə 208 mln. ABŞ dolları dəyərində 113 min ton, Ukraynaya 30 mln. dollar dəyərində 30 min ton, Qazaxıstana 27 mln. dollar dəyərində 27 min ton, Səudiyyə Ərəbistanına 19 mln. dollar dəyərində 10 min ton, Azərbaycana isə 4,9 mln. dollar dəyərində 3,4 min ton quş əti ixrac edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR