Azərbaycan fermerlərinə ötən il suvarma sisteminin quraşdırılmasına 21 mln. manat verilib

Azərbaycan fermerlərinə ötən il suvarma sisteminin quraşdırılmasına 21 mln. manat verilib
# 10 mart 2021 11:30 (UTC +04:00)

2020-ci ildə torpaqların suvarması üçün 108 kənd təsərrüfatı subyektinə 124 ədəd suvarma sisteminin quraşdırılması üçün 3 mln. manat məbləğində kredit və 18 mln. manat məbləğində subsidiya verilib.

"APA-Economics"in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.

Hesabatda qeyd olunur ki, ötən il ərzində Astara, Qobustan, Xaçmaz, Quba, Şabran, Qusar, Oğuz, Qəbələ, Şəki, Zaqatala, Balakən və Qax rayonlarının inzibati ərazilərindən keçən çaylarda nəzarətdən kənar qoşulmalarla bağlı monitorinqlər aparılıb və əldə olunan nəticələrə dair müvafiq arayışlar hazırlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR