Azərbaycan pambıq ixracını artırıb, idxalını azaldıb

Azərbaycan pambıq ixracını artırıb, idxalını azaldıb
# 16 mart 2021 16:00 (UTC +04:00)

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan 45 174,88 min ABŞ dolları dəyərində pambıq ixrac olunub.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, ixracın dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 20,3% artıb.

Cari ilin ilk iki ayında qeyd olunan məhsulların ixracda xüsusi çəkisi 1,62%-ə bərabər olub.

Hesabat dövründə ölkədən 37 355,96 min dollar dəyərində 26 443,98 ton pambıq lifi ixrac olunub ki, bu da ötən ilin eyni dövrünün göstəricisini müvafiq olaraq dəyər göstəricisi üzrə 23%, həcm göstəricisi üzrə isə 21,6% üstələyir.

Cari ilin yanvar-fevral ayları ərzində ölkədən 6 935,03 min dollar dəyərində (artım 10,6%) 2 864,82 ton (artım 4,7%) iplik pambıq ixrac olunub.

Bu ilin yanvar-fevral aylarında pambıq idxalının dəyəri 737,17 min dollar olub ki, bu da ötən ilin müvafiq göstəricisindən 28,7% azdır. İki ay üzrə pambığın ümumi idxalda xüsusi çəkisi 0,05% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR