Azərbaycana düyü idxalı 23% artıb

Azərbaycana düyü idxalı 23% artıb
# 16 mart 2021 14:55 (UTC +04:00)

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycana ümumi dəyəri 6,658 mln. ABŞ dolları olan 9 657,45 ton düyü idxal edilib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk iki ayında Azərbaycana idxal edilən düyün həcmi 22,9% artıb, dəyəri isə 39,1% artıb.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında düyü idxalı Azərbaycanın ümumi idxalının 0,41%-nə bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR