Azərbaycana qarabaşaq idxalı ötən il kəskin azalıb

Azərbaycana qarabaşaq idxalı ötən il kəskin azalıb
# 22 fevral 2021 16:18 (UTC +04:00)

Ötən il ərzində Azərbaycana 4,5 min ABŞ dolları dəyərində 3,78 ton qarabaşaq idxal edilib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına görə, bu göstərici 2019-cu illə müqayisədə dəyər ifadəsində 98%, həcm ifadəsində isə 99,3% azalıb.

Hesabat dövründə bu məhsul yalnız 4 ölkədən idxal olunub.

Bu kateqoriya məhsul üzrə ölkəyə dəyər və həcm ifadəsində ən çox idxal Rusiyadan olunub. Bu ölkə hesabat dövründə Azərbaycana 3,48 min. dollar dəyərində 3,42 ton qarabaşaq ixrac edib.

Dəyər ifadəsində ikinci ölkə isə Türkiyə olub. Bu ölkədən Azərbaycan 0,53 min. dollarlıq 0,24 ton məhsul tədarük edilib.

Üçüncü yerdə olan Almaniyadan ölkəyə 0,42 min. dollar dəyərində 0,11 ton qarabaşaq göndərib. İtaliyadan isə Azərbaycana cəmi 0,07 min dollar dəyərində 0,01 ton məhsul idxal olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR