Azərbaycanda buğda istehsalı ötən il 14% azalıb

Azərbaycanda buğda istehsalı ötən il 14% azalıb
# 22 yanvar 2021 16:20 (UTC +04:00)

2020-ci ildə Azərbaycandakı təsərrüfatlarda 1 867,3 min ton buğda istehsal olunub.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu göstərici 2019-cu ilə nisbətən 14% azalıb.

Hesabat dövründə ölkədə 588,4 min hektar sahədən buğda yığılıb ki, bu da 2019-cu ilin göstəricisindən 12,2% azdır. 2019-cu illə müqayisədə 2020-ci ildə məhsuldarlıq 2,2% azalaraq 31,7 sent/ha təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR