Azərbaycanda çay yığımında məhsuldarlıq ötən il 2% artıb

Azərbaycanda çay yığımında məhsuldarlıq ötən il 2% artıb
# 22 yanvar 2021 17:50 (UTC +04:00)

2020-ci ildə Azərbaycandakı təsərrüfatlarda 931,5 ton çay istehsal olunub.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu göstərici 2019-cu ilə nisbətən 0,2% artıb.

Hesabat dövründə ölkədə 0,6 min hektar sahədən çay yığılıb ki, bu da 2019-cu ilin göstəricisinə (0,6 min hektar) bərabərdir. 2019-cu illə müqayisədə 2020-ci ildə məhsuldarlıq 2% artaraq 15 sent/ha təşkil edib

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR