Rusiya buğdanın ixrac rüsumunu iki dəfə artırıb

Rusiya buğdanın ixrac rüsumunu iki dəfə artırıb
# 01 mart 2021 10:22 (UTC +04:00)

Martın 1-dən etibarən Rusiya buğdanın ixrac rüsumunu iki dəfə artıraraq bir tonu üçün 50 avroya çatdırıb.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Rusiya hökuməti tərəfindən bununla bağlı fərman 26 yanvar 2021-ci il tarixində imzalanıb.

Yeni rüsum buğda, qarğıdalı, arpa və çovdar üçün tətbiq olunan taxıl ixracı kvotası çərçivəsində yığılacaq. Kvotanın həcmi 17,5 mln. ton, etibarlılıq müddəti 15 fevral – 30 iyun 2021-ci il tarixidir. Kvota Avrasiya Gömrük İttifaqı ölkələrinə taxıl tədarükünə şamil edilmir.

Bundan əlavə, 15 martdan etibarən kvota çərçivəsində qarğıdalı (tonu üçün 25 avro) və arpa (tonu üçün 10 avro) ixracına rüsumlar tətbiq ediləcək.

Rüsumların artırılması ərzaq məhsullarının endirilməsinə dair Rusiya hökuməti tərəfindən hazırlanan kompleks tədbirlərin bir hissəsidir. Belə ki, bunun, ixracın azaldılmasına kömək edəcək, bazar iştirakçılarına aqrar xammalın satışından yüksək əlavə dəyəri olan kənd təsərrüfatı məhsullarının ixracına yönəlmələrini təmin edəcəyi gözlənilir.

Yeni rüsumlar bu ilin iyunun 1-dək qüvvədə olacaq. İyunun 2-dən etibarən üzən rüsum tətbiq ediləcək. Buğdanın tonu 200 dollar, qarğıdalı və arpanın tonu isə 185 dollar olan kəsmə qiymətlə hesablanacaq.

Xatırladaq ki, Rusiya cari ilin əvvəlindən fevralın 21-dək 1,627 mlrd. dollar dəyərində taxıl məhsulu ixrac edib. Ötən ilin eyni dövründə bu göstərici 767 mln. dollara bərabər idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR