ABŞ İranın koronavirus peyvəndi istehsalçısına qarşı sanksiya tətbiq edib

ABŞ İranın koronavirus peyvəndi istehsalçısına qarşı sanksiya tətbiq edib
# 14 yanvar 2021 01:05 (UTC +04:00)

ABŞ İranın koronavirus peyvəndi istehsal edən şirkətinə qarşı sanksiyalar tətbiq edib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu İranın səhiyyə nazirinin məsləhətçisi Əlirza Vahabzadə bildirib.

“Peyvənd – siyasətdən kənar olmalıdır. Ancaq hansısa bir ölkə ABŞ-dan peyvənd almayacağını bəyan edirsə (İran ABŞ və Böyük Britaniyadan peyvənd idxalını qadağan edib - Red.) və özü müstəqil şəkildə onu istehsal etmək niyyətindədirsə, onda elmi-tədqiqat müəssisəsinə qarşı sanksiyalar tətbiq olunur”, - deyə Vahabzadə “Twitter” səhifəsində yazıb.

Bundan əvvəl ABŞ İrana qarşı tətbiq etdiyi sanksiya siyahısına daha iki nəfəri və 16 təşkilatı əlavə edib. Daha bir nəfərin adı isə terrorçuluq ittihamı ilə bu siyahıya salınıb. Təşkilatlar arasında “İmam Sərəncamlarının İcrası Qərargahı” adlandırılan qurum və onun lideri Məhəmməd Mohber də var.

Böyük təşkilat özündə xüsusilə əczaçılıq qrupunu və İranda klinik sınaqları 2020-ci ilin dekabr ayının sonunda başlayan ilk koronavirus peyvəndlərinin istehsalçısı “Barakat” fondunu cəmləşdirib. Mohberin qızı Tayebe “Kovo-Iran” adlı preparatı qəbul edən ilk könüllü olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR