ABŞ öz qoşunlarını Əfqanıstandan çıxarmağa başlayıb - YENİLƏNİB

ABŞ öz qoşunlarını Əfqanıstandan çıxarmağa başlayıb - YENİLƏNİB
# 30 aprel 2021 03:20 (UTC +04:00)

ABŞ öz hərbi kontingentini Əfqanıstandan çıxarmağa başlayıb.

APA “CNN”-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibinin müavini Karin Jan-Pyer öz açıqlamasında bildirib.

“Qoşunların çıxarılması davam edir. Ötən həftə Pentaqon rəhbəri Lloyd Ostin Silahlı Qüvvələr Mərkəzi Komandanlığının ABŞ qüvvələrinin Əfqanıstandan etibarlı və təsdiqlənmiş şəkildə çıxarılmasına dəstək üçün əlavə vəsait ayrılması tələbini təsdiqləyib”, - Ağ Ev rəsmisi belə deyib.

Onun sözlərinə görə, “qoşunların çıxarılması zamanı ABŞ və koalisiya qüvvələrini qorumaq üçün “B-52H Stratofortress” strateji bombardmançı təyyarələri Mərkəzi Komandanlığın məsul olduğu bölgədə yerləşdirilir”.

Bildirilib ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Dwight Eisenhower” atom aviasiya gəmisi hazırkı missiyasını davam etdirəcək və yalnız iyul ayında onun missiyası başa çatacaq.

***

Saat 19:17

ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasına başlanılıb.

APA "TRT World"a istinadən xəbər verir ki, bu barədə NATO məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR