Ankara Yıldırım Bəyazit Universitetində salınan Qarabağ Xatirə Parkı ilə tanışlıq olub

Ankara Yıldırım Bəyazit Universitetində salınan Qarabağ Xatirə Parkı ilə tanışlıq olub
# 25 fevral 2021 21:14 (UTC +04:00)

Türkiyədə keçirilən Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü əsasında həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində silsilə tədbirlərin davamı olaraq bu gün Ankara Yıldırım Bəyazit Universitetində görüş keçirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun təmsilçisi Soltan Məmmədov, Ankara Yıldırım Bəyazit Universitetinin (YBU) rektoru İbrahim Aydınlı, Türkiyədə fəaliyyət göstərən Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyinin sədri Əhməd Baba Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin real vəziyyəti, bu dinamikanın qorunmasının əhəmiyyəti barədə fikir mübadiləsi aparıblar.

Bildirilib ki, Ankara Yıldırım Bəyazit Universiteti ilə Türkiyədə fəaliyyət göstərən Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyinin anlaşması əsasında YBU-nun Esenboğa korpusu ərazisində 13 min kvadrat metr sahədə Xocalı şəhidlərinin xatirəsinə 613 ədəd Mavi Ladin və Mavi Selvi tingi əkilib. Burada Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılır. Tərəflər 44 günlük tarixi hərbi qələbəni ədəbiləşdirmək üçün həmin ərazinin içərisində 3 min 200 metr kvadrat sahədə Zəfər Bölməsi yaratmaq barədə qərar qəbul ediblər.

Sonra Ankara Yıldırım Bəyazit Universitetinin fəaliyyətini əks etdirən film nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR