Çavuşoğlu: “ABŞ-ın yeni Dövlət katibi ilə əməkdaşlıq etməyi dörd gözlə gözləyirəm”

Çavuşoğlu: “ABŞ-ın yeni Dövlət katibi ilə əməkdaşlıq etməyi dörd gözlə gözləyirəm”
# 14 yanvar 2021 14:20 (UTC +04:00)

“Türkiyə-ABŞ əlaqələri qarşılıqlı maraqlara və ortaq dəyərlərə söykənir”.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Kürəsəl Media” jurnalına müsahibəsində deyib.

O bildirib ki, ABŞ ənənəvi neytral mövqeyinə sadiq qalaraq Şərqi Aralıq dənizi və digər regional məsələlərdə konstruktiv rol oynaya bilər.

Türkiyə XİN başçısının sözlərinə görə, ABŞ-ın yeni administrasiyası FETÖ və YPG kimi terror təşkilatları ilə bağlı məsələdə təcili hərəkətə keçməlidir.

“İki ölkənin münasibətlərinə xələl gətirən məsələləri ələ almaq üçün Co Baydenin Dövlət katibi postuna namizədi Antoni Blinken və komandası ilə əməkdaşlıq etməyi dörd gözlə gözləyirəm”, - deyə M. Çavuşoğlu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR