Hindistanda son sutkada koronavirusa 368147 nəfər yoluxub

Hindistanda son sutkada koronavirusa 368147 nəfər yoluxub
# 03 may 2021 10:51 (UTC +04:00)
Hindistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 368 147 yoluxma halı qeydə alınıb.

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 19,93 milyonu ötüb.

Son 24 saat ərzində 3 417 nəfər koronavirusdan ölüb və bununla da Hindistanda indiyədək infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 218 959 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR