Hindistanın Karnaraka ştatında yük avtomobilinin sərnişin avtofurqonu ilə toqquşması nəticəsində ən azı 11 nəfər ölüb, 7 nəfər xəsarət alıb.
APA-nın xəbərinə görə, “Hindustan Times” qəzetinin yazır ki, ölənlərin əksəriyyəti qadındır. Avtofurqonun sürücüsü də qəzada ölüb.
Xəsarət alanlardan bir neçəsinin vəziyyəti ağırdır.
Polis faktla bağlı araşdırmalara başlayıb.