İndoneziya Prezidenti batan sualtı qayıqda 53 hərbçinin öldüyünü elan edib

İndoneziya Prezidenti batan sualtı qayıqda 53 hərbçinin öldüyünü elan edib
# 25 aprel 2021 14:08 (UTC +04:00)

İndoneziya Prezidenti Joko Vidodo, göyərtəsində 53 hərbiçinin olduğu və son bir neçə gündə axtarışları davam edən Nanggala sualtı gəmisi ilə bağlı xalqa video müraciət edib.

APA-nın TASS-a istinadən məlumatına görə, Prezident bütün ekipin Bali dənizində öldüyünü elan edib:

"Şənbə günü Dəniz Qüvvələrinin komandanlığından sualtı qayığın batdığı barədə bir məlumat aldım. Bütün İndoneziya xalqı faciədən dərindən təəssüflənir".

Prezident qeyd edib ki, heyət üzvləri ölkənin suverenliyini qoruyan vətənpərvərlər idi. Bundan əlavə, dövlət başçısı sualtı qayığının axtarışı üçün xüsusi vəsaitin ayrılacağını da vəd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR