İran 10 günlük tam qapanmaya gedir

İran 10 günlük tam qapanmaya gedir
# 09 aprel 2021 13:25 (UTC +04:00)

İran sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiqinə başlayır. Sabahdan etibarən İranda həyati və zəruri sahələr istisna olmaqla bütün iş yerləri bağlanılır.

APA-nın məlumatına görə, bu barədə İranda Koronavirusa Qarşı Mübarizə Mərkəzinin mətbuat katibi Əlirza Rəisi açıqlama verib.

O bildirib ki, koronavirusun dördüncü dalğasının daha geniş yayılmasının qarşısını almaq üçün sabahdan ölkədə zəruri sahələr istisna olmaqla bütün iş yerləri bağlanacaq.

Əlavə edilib ki, bu rejim 10 gün davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR