İranda koronavirusdan ölənlərin sayı 64 mini ötüb

İranda koronavirusdan ölənlərin sayı 64 mini ötüb
# 09 aprel 2021 14:23 (UTC +04:00)

İranda ötən 24 saat ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 155 nəfər ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari bildirib.

Onun sözlərinə görə, beləliklə İranda koronavirusdan ölənlərin sayı 64 039 nəfərə çatıb.

S. Sadat Lari qeyd edib ki, İranda ötən sutka ərzində 22 478 nəfər COVID-19-a yoluxub və koronavirusa yoluxanların sayı 2 029 412 nəfərə yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR