İranda ötən sutka 96 nəfər koronavirusdan ölüb

İranda ötən sutka 96 nəfər koronavirusdan ölüb
# 16 yanvar 2021 14:43 (UTC +04:00)

İranda ötən sutka ərzində 96 nəfər koronavirusdan (COVID -19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Onun sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 56719 nəfərə çatıb.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 6100 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1324395 nəfərə yüksəlib. Virus daşıyıcılarından 4393 nəfərin vəziyyəti ağırdır.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 1113224 nəfər koronavirusdan sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR