İranda ötən sutkada koronavirusdan 97 nəfər ölüb

İranda ötən sutkada koronavirusdan 97 nəfər ölüb
# 13 yanvar 2021 14:52 (UTC +04:00)

İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID -19) infeksiyasından 97 nəfər ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari bildirib.

Onun sözlərinə görə, bununla da İranda koronavirusdan ölənlərin sayı 56 457 nəfərə çatıb.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 6 317 nəfər koronavirusa yoluxub. Beləliklə İranda koronavirusa yoluxanların sayı 1 305 339 nəfərə yüksəlib.

Koronavirus daşıyıcılarından 4 469 nəfərin vəziyyəti ağırdır.

Sima Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 094 388 nəfər koronavirusdan sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR