İranda son sutkada koronavirusdan 407 nəfər vəfat edib

İranda son sutkada koronavirusdan 407 nəfər  vəfat edib
# 30 aprel 2021 13:40 (UTC +04:00)

İranda ötən sutka ərzində 407 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın Səhiyyə, müalicə və tibbi təhsil nazirliyinin məlumatında bildirilib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 71758 nəfərə yüksəlib.

İranda ötən 24 saat ərzində 19272 nəfər koronavirusa yoluxub və yoluxanların ümumi sayı 2499077 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR