İraqda İŞİD-in rəhbərlərindən biri tutulub

İraqda İŞİD-in rəhbərlərindən biri tutulub
# 03 may 2021 17:25 (UTC +04:00)

İraq xüsusi xidmət orqanlarının əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində İŞİD terror təşkilatının dəstələrindən birinin rəhbəri saxlanılıb.

APA-nın xəbərinə görə, bu barədə bu gün "Al Sumaria” telekanalı məlumat yayıb.

Saxlanılan Əbu Əli əl-Cəmili uzun müddət axtarışda olub və terror əməlləri həyata keçirməkdə ittiham olunub. İraq xüsusi xidmət orqanlarının məlumatına görə, 2005-ci ildə “Əl-Qaidə” terror təşkilatına qoşulan terrorçu 15 il müddətinə azadlıqdan məhrum edilsə də, 2011-ci ildə azadlığa buraxılıb. Bundan sonra əl-Cəmili İŞİD-in silahlı dəstələrinin formalaşmasında iştirak edib, Suriya ərazisində terrorçuluq fəaliyyəti həyata keçirib, bundan sonra İraqa qayıdıb. O, əvvəlcə Mosul “qubernatorunun müavini”, daha sonra isə Əl-Fəllucənin “qubernatoru” təyin edilib.

İraq Daxili İşlər Nazirliyindən bildirilib ki, əl-Cəmili artıq terror əməlləri həyata keçirməsini, o cümlədən ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı yönəlmiş terror aktları törətdiyini etiraf edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR