İraqda xəstəxanada baş verən yanğında ölənlərin sayı 90-a çatıb - YENİLƏNİB-1

İraqda xəstəxanada baş verən yanğında ölənlərin sayı 90-a çatıb - YENİLƏNİB-1
# 25 aprel 2021 20:54 (UTC +04:00)

İraqın paytaxtı Bağdadda koronavirus xəstələri üçün nəzərdə tutulmuş xəstəxanada baş vermiş yanğın zamanı ölənlərin sayı 90-a çatıb.

APA xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı özəl mənbələrə istinadən məlumat yayıb.

“İbn əl-Xətib xəstəxanasında baş vermiş yanğın qurbanlarının sayı 90 nəfərə çatıb”, - deyə telekanal bildirib.

***

Saat 13:54

Bağdadda xəstəxanada baş verən yanğın zamanı ölənlərin sayı 82 nəfərə çatıb.

APA bildirir ki, bu barədə Bağdad “Al Youm” xəbər portalı İraq Daxili İşlər Nazirliyinin açıqlamasına istinadən xəbər verib.

Məlumata görə, yanğın zamanı daha 110 nəfər yaralanıb.

***

Saat 13:14

İraqın paytaxtı Bağdad şəhərinin cənubunda xəstəxanada yanğın baş verib.

APA bildirir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat verib.

İlkin məlumata görə, yanğın zamanı ölənlərin sayı 58-ə yüksəlib.

“Al-Hadath” telekanalının məlumatına görə, xəstəxanada koronavirusa yoluxan şəxslər müalicə alırmış.

Xəstəxanada yanğının partlayışdan sonra baş verdiyini bildirirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR