KİV: Kabildə baş verən yanğın nəticəsində 9 nəfər ölüb

KİV: Kabildə baş verən yanğın nəticəsində 9 nəfər ölüb
# 02 may 2021 11:13 (UTC +04:00)

Əfqanıstanın paytaxtı Kabilin şimalında dünən axşam saatlarında baş verən yanğın nəticəsində ən azı 9 nəfər ölüb, 14 nəfər yaralanıb.

APA bildirir ki, bu barədə bu gün TOLO xəbər telekanalı Daxili İşlər Nazirliyindəki mənbəyə istinadən xəbər verib.

Telekanalın məlumatına görə, Kabil yaxınlığında yerləşən ərazilərdən birində benzinlə dolu bir tanker alışıb. Tezliklə yanğın digər yanacaq daşıyan maşınlara, eləcə də yaxınlıqdakı yük maşınlarına və avtomobillərə keçib.

Şahidlərin sözlərinə görə, ümumilikdə 50-yə yaxın nəqliyyat vasitəsinə ziyan dəyib.

Hadisə ilə əlaqədar olaraq, Kabilin bir çox bölgəsinə elektrik enerjisinin verilməsi dayandırılıb və onun bərpası üçün işlər davam etdirilir.

Hazırda yanğının hansı səbəbdən baş verməsi məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR