Türkiyə Prezidenti koronavirusa qarşı peyvənd olunub - YENİLƏNİB

Türkiyə Prezidenti koronavirusa qarşı peyvənd olunub - YENİLƏNİB
# 14 yanvar 2021 19:27 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni növ koronavirusa (COVID-19) qarşı peyvənd olunub.

APA-nın yerli bürosunun xəbərinə görə, peyvəndləmə prosesi Ankara Şəhər Xəstəxanasında baş tutub.

Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib ki, koronavirusa qarşı peyvənd iki mərhələdə tətbiq olunur. İkinci peyvənd 28 gün sonra vurulacaq.

Qeyd edək ki, Türkiyədə koronavirusa qarşı kütləvi vaksinasiya prosesinə başlanılıb. İlk olaraq tibb işçilərinin peyvəndlənməsinə start verilib. Tibb işçilərindən sonra yaşlı insanlar peyvənd olunacaq.

Xatırladaq ki, Türkiyədə vaksinasiya prosesində Çinin “Sinovak” əczaçılıq korporasiyası tərəfindən hazırlanmış “Koronavak” inaktiv peyvəndindən istifadə olunur.

***

saat 18:20

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni növ koronavirusa (COVID-19) qarşı peyvənd olunacaq.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik bildirib.

Ö. Çelik qeyd edib ki, bu gün AKP-nin növbəti iclası başa çatdıqdan sonra Ərdoğan canlı yayımda koronavirusa qarşı peyvənd olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR