Türkiyədə bu gün 373 nəfər COVID-19-dan həyatını itirib

Türkiyədə bu gün 373  nəfər COVID-19-dan həyatını itirib
# 01 may 2021 21:15 (UTC +04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 373 nəfər həyatını itirib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyasına yoluxmaya görə, 242 194 nəfər test edilib, onlardan 28 817 nəfərin koronavirus testi pozitiv nəticə verib, 81 302 nəfər sağalıb, 3 525 koronaviruslu xəstənin isə vəziyyəti ağırdır.

Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 40 504 nəfər ölüb.

Türkiyədə indiyədək 4 849 408 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 4 405 199-u müalicə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR