Türkiyədə koronavirusa qarşı peyvənd edilən tibb işçilərinin sayı 100 mini ötüb

Türkiyədə koronavirusa qarşı peyvənd edilən tibb işçilərinin sayı 100 mini ötüb
# 14 yanvar 2021 15:03 (UTC +04:00)

Türkiyədə birinci mərhələ etibarı ilə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı peyvənd edilən tibb işçilərinin sayı 100 mini ötüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca “Twitter”də bildirib.

Nazir qeyd edib ki, Türkiyə peyvəndlənmə proqramı ilə əlaqədar əsaslı bazaya sahibdir.

Qeyd edək ki, birinci mərhələdə peyvənd edilənlər 28 gün sonra ikinci dəfə peyvənd olunacaqlar.

Xatırladaq ki, bu gün Türkiyədə koronavirusa qarşı kütləvi vaksinasiya prosesinə başlanılıb. İlk olaraq tibb işçilərinin peyvəndlənməsinə start verilib. Tibb işçilərindən sonra yaşlı insanlar peyvənd olunacaq. Türkiyədə vaksinasiya prosesində Çinin “Sinovak” əczaçılıq korporasiyası tərəfindən hazırlanmış “Koronavak” inaktiv peyvəndindən istifadə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR