Əfqanıstanda partlayış törədilib, 30 nəfər ölüb

Əfqanıstanda partlayış törədilib, 30 nəfər ölüb
# 30 aprel 2021 19:53 (UTC +04:00)

Əfqanıstanın şərqində yerləşən Lohar əyalətində partlayış törədilib, ölən və xəsarət alanlar var.

APA-nın xəbərinə görə, bu barədə 1TV telekanalı yerli hakimiyyətə istinadən xəbər yayıb.

Bildirilib ki, hadisə əyalətin paytaxtı Pol-e Alam şəhərində qeydə alınıb.

Partlayış zamanı ən azı 30 nəfər ölüb, 60-dan çox insan xəsarət alıb.

Hadisəyə görə məsuliyyəti heç kim öz üzərinə götürməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR