ATƏT sədri Gürcüstandakı vəziyyətlə əlaqədar çağırış edib

ATƏT sədri Gürcüstandakı vəziyyətlə əlaqədar çağırış edib
# 23 fevral 2021 16:32 (UTC +04:00)

“Tbilisidəki son hadisələri narahatlıqla izləyirəm”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde “Twitter”də bildirib.

“Tbilisidəki son hadisələri narahatlıqla izləyirəm. ATƏT-in fəaliyyətdə olan sədri olaraq mən bir daha bütün tərəfləri dərhal gərginliyi azaltmağa, dialoqu davam etdirməyə və ölkənin əldə etdiyi inkişafın qorunması üçün ATƏT öhdəliklərinə tam hörmətlə davranmağa çağırıram”, - deyə A. Linde vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR