Avropa İttifaqı iranlı alimin qətlini pisləyib

Avropa İttifaqı iranlı alimin qətlini pisləyib
# 28 noyabr 2020 15:30 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) İranın nüvə proqramının tədqiqatçısı və Müdafiə Nazirliyi nəzdində Araşdırmalar və İnnovasiya Təşkilatının rəhbəri Möhsün Fəxrizadənin qətlini pisləyib.

APA-nın xəbərinə görə, bu barədə Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsinin mətbuat katibi Peter Stano bildirib.

“Belə qeyri-müəyyən dövrdə heç kimin marağında olmayan gərginləşmənin qarşısını almaq üçün bütün tərəfləri sakit olmağa çağırır və bildiririk ki, hazırda maksimum dərəcədə təmkinli olmaq həmişəkindən daha vacibdir”, - deyə Aİ-nin Ali Nümayəndəsinin sözçüsü qeyd edib.

Xatırladaq ki, noyabrın 27-də Tehranın şimal-şərqində yerləşən Absərd şəhərində M. Fəxrizadə qətlə yetirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR