Britaniya əlavə koravirus dozalarını COVAX mexanizmi ilə paylaşmaq öhdəliyini üzərinə götürüb

Britaniya əlavə koravirus dozalarını COVAX mexanizmi ilə paylaşmaq öhdəliyini üzərinə götürüb
# 19 fevral 2021 17:31 (UTC +04:00)

Böyük Britaniya əlavə koravirus dozalarını COVAX beynəlxalq mexanizmi ilə paylaşmaq öhdəliyini üzərinə götürüb.

APA-nın xəbərinə görə, bu barədə Britaniya Baş nazirinin ofisi məlumat yayıb.

Bildirilib ki, G7-yə prezidentlik edən Britaniyanın sədrliyi ilə bu gün G7-nin iclası keçiriləcək. Britaniyanın Baş naziri Boris Conson iclasda yeni hədəfi elan edəcək. Belə ki, Baş nazir yeni peyvəndlərin 2/3 hissəsinin 100 gün ərzində istehsalı ilə bağlı hədəfi açıqlayacaq.

"Təxminən 300 gün ərzində koronavirus peyvəndinin inkişafı misli görünməmiş qlobal nailiyyət idi. Yeni peyvəndlərin hazırlanması üçün vaxtı daha da azaldaraq, bu böhranın səhiyyə, iqtisadi və sosial təsirlərin qarşısını ala bilərik.

Tədqiqatları gücləndirmək, tibbi sınaqları modernləşdirmək və daha yenilikçi peyvənd istehsalı və təchizat zəncirləri yaratmaq üçün beynəlxalq əməkdaşlıq sayəsində gələcək səhiyyə böhranlarından xilas olmaq və növbəti pandemiyaların qarşısını almaq mümkündür.

Baş nazir Britaniyanın COVAX mexanizminə verdiyi 548 milyon funt sterlinq maliyyə dəstəyindən əlavə, tədarük edəcəyimiz və artıq qalan koronavirus peyvəndlərini COVAX tədarük mexanizmi ilə bölüşəcəyini də təsdiqləyib", - deyə Baş nazirin ofisi bildirib.

Qeyd edək ki, Britaniyanın G7 Prezidentliyi çərçivəsində bu il Baş nazir Conson ilk dəfə iclasa sədrlik edəcək və bu, G7 liderlərinin 2020-ci ilin aprel ayından bəri ilk toplantısı olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR