Çexiyanın keçmiş prezidenti Vatslav Klaus koronavirusa yoluxub

Çexiyanın keçmiş prezidenti Vatslav Klaus koronavirusa yoluxub
# 24 fevral 2021 05:18 (UTC +04:00)

Çexiya Respublikasının keçmiş prezidenti Vatslav Klaus koronavirusa yoluxub.

APA xəbər verir ki, bu barədə V.Klausun köməkçisi Peter Matsinka məlumat verib.

O bildirib ki, Praqa Mərkəzi Hərbi Xəstəxanasında yarım saat müayinədən sonra məlum olub ki, Klaus koronavirus infeksiyasına yoluxub: “Vatslav Klaus ambulator müalicə alacaq”.

Qeyd edək ki, bu il iyunun 19-da 80 yaşı tamam olacaq V.Klaus 2003-2013-cü illərdə Çexiyaya rəhbərlik edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR