Dünyada son sutkada 384 mindən çox koronavirusa yoluxma qeydə alınıb

Dünyada son sutkada 384 mindən çox koronavirusa yoluxma qeydə alınıb
# 20 fevral 2021 05:16 (UTC +04:00)

Dünyada son sutka ərzində 384 448 nəfər koronavirusa yoluxub, 10 471 nəfər ölüb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 109 997 288 yoluxma hadisəsi, 2 435 145 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın 43 faizdən çoxu Şimali və Cənubi Amerikanın (168 729) payına düşür. Digər yerləri isə Avropa (148 890) və Şərqi Aralıq dənizi bölgəsi (26 863) bölüşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR