Dünyada son sutkada 421 mindən çox koronavirusa yoluxma qeydə alınıb

Dünyada son sutkada 421 mindən çox koronavirusa yoluxma qeydə alınıb
# 26 fevral 2021 08:02 (UTC +04:00)

Dünyada son sutka ərzində 421 407 nəfər koronavirusa yoluxub, 10 508 nəfər ölüb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 112 209 815 yoluxma hadisəsi, 2 490 776 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın 41 faizdən çoxu Avropanın (176 512) payına düşür. Digər yerləri isə Şimali və Cənubi Amerika (173 654) və Cənub-Şərqi Asiya (31 081) bölüşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR