Gürcüstan Baş prokurorluğu Nika Melianın həbsdən azad edilməsinin şərtini açıqlayıb

Gürcüstan Baş prokurorluğu Nika Melianın həbsdən azad edilməsinin şərtini açıqlayıb
# 25 fevral 2021 18:28 (UTC +04:00)

Gürcüstan Baş Prokurorluğu ölkənin əsas müxalif partiyası olan “Vahid Milli Hərəkat”ın sədri Nika Melianın həbsdən azad edilməsi ilə bağlı şərtini açıqlayıb.

APA-nın yerli bürosunun xəbərinə görə, Baş Prokurorluğun nümayəndəsi Amiran Quluaşvili bildirib ki, N. Melia məhkəmənin təyin etdiyi girov məbləğini ödəyəcəyi təqdirdə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının dəyişdirilməsi üçün məhkəməyə müraciət edilə bilər.

A.Quluaşvili qeyd edib ki, N. Melianın həbsi heç vaxt prokurorluq üçün məqsəd olmayıb.

Qeyd edək ki, Gürcüstanın müxalif “Vahid Milli Hərəkat” partiyasının sədri N. Melia fevralın 23-də Tbilisi Şəhər Məhkəməsinin qərarına əsasən ödənilməyən 40 min lari (20.4 min manat) girova görə həbs edilib. O, 2019-cu ilin 19-20 iyun tarixlərində Tbilisidə parlament binası qarşısında baş vermiş polis-vətəndaş qarşıdurmasını təhrik etməkdə və iştirakda ittiham edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR