Gürcüstanda COVID-19-la bağlı bir sıra məhdudiyyətlər aradan qaldırılır

Gürcüstanda COVID-19-la bağlı bir sıra məhdudiyyətlər aradan qaldırılır
# 24 fevral 2021 14:38 (UTC +04:00)

Gürcüstanda şəhərlərarası sərnişindaşıma sabahdan bərpa ediləcək.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Qurumlararası Koordinasiya Şurasının iclasında çıxış edən Baş nazir İrakli Qaribaşvili bildirib.

Onun sözlərinə görə, sabahdan etibarən qış kurort zonalarındakı hotellərin fəaliyyəti də bərpa ediləcək, martın 8-dən isə xizək turizmi obyektləri açılacaq.

Baş nazir qeyd edib ki, martın 1-dən məktəbəqədər hazırlıq kurslarının, özəl və ictimai uşaq bağçalarının fəaliyyəti bərpa ediləcək, martın 15-dən isə idman zallarının fəaliyyətinə icazə veriləcək.

İ. Qaribaşvili hər gün saat 21:00-05:00-da bütün ölkə ərazisində sərbəst hərəkət məhdudiyyətinin tətbiqi qaydasının qüvvədə qalacağını vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR