Gürcüstanda son sutka ərzində koronavirusa 4426 nəfər yoluxub, 35 nəfər ölüb

Gürcüstanda son sutka ərzində koronavirusa 4426 nəfər yoluxub,  35 nəfər ölüb
# 29 noyabr 2020 10:59 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 4426 yoluxma halı qeydə alınıb, 35 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 132368 nəfərə, ölənlərin sayı isə 1230 nəfərə çatıb.

Virusa yoluxanlardan 110 049 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR