İsraildə neft emalı zavodunda yanğın baş verib

İsraildə neft emalı zavodunda yanğın baş verib
# 01 may 2021 06:14 (UTC +04:00)

İsrailin şimalında Hayfa şəhərindəki Bazan neftayırma zavodunda yanğın baş verib.

APA “The Jerusalem Post”a istinadən xəbər verir ki, bu barədə Ətraf Mühit Nazirliyi məlumat yayıb.

Bildirilib ki, zavodda yanğın borunun zədələnməsi nəticəsində baş verib. Xilasetmə qrupları alovu lokallaşdırmağı bacarıb.

Zavod fəaliyyətini dayandırıb. Tələfat və ya dəymiş ziyanla bağlı məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR