Toivo Klaar: “Aİ Cənubi Qafqazda sülh və təhlükəsizliyin gücləndirilməsində maraqlıdır”

Toivo Klaar: “Aİ Cənubi Qafqazda sülh və təhlükəsizliyin gücləndirilməsində maraqlıdır”
# 28 noyabr 2020 15:31 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) bütün Cənubi Qafqaz bölgəsinin təhlükəsizliyinin təmin edilməsinə qətiyyətlə sadiqdir.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu barədə Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi mümayəndəsi Toivo Klaar Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Qriqol Liluaşvili ilə görüşdən sonra bildirib.

O qeyd edib ki, tərəflər görüş zamanı regional təhlükəsizlik məsələlərini müzakirə ediblər: “Biz bütün regionda sülhün və təhlükəsizliyin inkişaf etdirilməsində maraqlıyıq və bunun iştirakçısıyıq. Mən ümid edirəm ki, Avropa İttifaqının bütün Cənubi Qafqaz regionunun təhlükəsizliyinin gücləndirilməsinə qətiyyətlə sadiq olduğunu nümayiş etdirə bilmişəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR