Türkiyədə bu gün koronavirusdan 74 nəfər vəfat edib

Türkiyədə bu gün koronavirusdan 74 nəfər vəfat edib
# 26 fevral 2021 21:37 (UTC +04:00)

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 74 nəfər vəfat edib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə “covid19.saglik.gov.tr” portalında məlumat yayılıb.

Məlumata görə, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 9205 nəfər COVID-19 infeksiyasına yoluxub.

Gün ərzində yeni növ koronavirusdan sağalan xəstələr 10 282, ağır xəstələr isə 1195 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 2 683 971 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 556 785 nəfər sağalıb, 28 432 nəfər isə həyatını itirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR